Səməd Seyidov xaricdə təhsil alan tələbə-müəllim heyəti ilə görüşüb

Posted by

Səməd Seyidov xaricdə təhsil alan tələbə-müəllim heyəti ilə görüşüb

Səməd Seyidov xaricdə təhsil alan tələbə-müəllim heyəti ilə görüşüb

Səməd Seyidov xaricdə təhsil alan tələbə-müəllim heyəti ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, deputat Səməd Seyidov ADU tərəfindən müxtəlif proqramlar üzrə xaricdə təhsil almış və alacaq tələbə və müəllimlərlə görüş keçirib.

 

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə tələbə-müəllim heyəti ilə yanaşı, Milli Məclisin deputatı Asim Mollazadə, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlham Hümbətov iştirak edib.

 

S.Seyidov çıxışında rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən danışıb: “Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin məhz Dillər Universitetini seçməsində universitetin xarici əlaqələrinin olması mühüm rol oynayır. Dillər Universitetinin təşəbbüsü əsasında 300-dən çox tələbə dünyanın müxtəlif universitetlərində təhsil almağa göndərilib. Bu gün ADU xüsusi layihələr əsasında Fransanın Strasburq, Almaniyanın Frayburq, Leypsiq universitetləri, İtaliyanın Milan Tərcümə Məktəbi, Avropanın başqa universitetləri ilə, eləcə də Çin Xalq Respublikası, Hindistan, Koreya, İndoneziya, İsrail, Yaxın Şərq ölkələri ilə əlaqələr quraraq tələbələrin xaricdə təhsil almasına şərait yaradıb”.

 

Daha sonra millət vəkili, Asim Mollazadə, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlham Hümbətov, ADU-nun Beynəlxalq şöbəsinin əməkdaşı Günel Həsənli çıxış edib.

 

Qeyd edək ki, Erasmus proqramı üzrə Avropanın müxtəlif universitetlərində ADU-nun 22 nəfər tələbə-müəllim heyəti təhsil alacaq. Eyni zamanda həmin layihə çərçivəsində ADU-ya Avropadan 4 nəfər bakalavr və 1 magistr gələcək. Hazırda Erasmus proqramı çərçivəsində ADU-nun 50-dən artıq magistri, tələbə-müəllimi Fransa, Almaniya, İtaliya, İspaniya, Çexiya, Polşa və bir sıra ölkələrdə təhsil alır. Proqram çərçivəsində 40 nəfər təhsilini başa vuraraq geri qayıdıb. Müxtəlif proqramlar üzrə isə ADU-nun 42 tələbə-müəllim heyəti Türkiyə, İsrail, İtaliya, Polşa, Fransa, Almaniya, Koreya, İndoneziya və Hindistanda təhsil alıb.

 

Apa.az