Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi kimi Serbiyada səfərdə olacaq

Posted by

Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi kimi Serbiyada səfərdə olacaqSəməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi kimi Serbiyada səfərdə olacaq

Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi kimi Serbiyada səfərdə olacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin Serbiya üzrə məruzəçisi kimi oktyabrın 26-dan 29-dək Belqradda səfərdə olacaq.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Səməd Seyidov ölkə rəhbərliyi ilə, o cümlədən antikorrupsiya agentliyinin direktoru, ombudsman, siyasi partiyaların nümayəndələri, vətəndaş cəmiyyətinin və ölkədəki beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcək, Serbiyanın Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparacaq.

 

Apa.az