Sloveniya Milli Şurası: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır

Posted by

Sloveniya Milli Şurası: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdırSloveniya Milli Şurası: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır

Sloveniya Milli Şurası: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır

Sloveniya parlamenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək təşəbbüsü məsələsini müzakirə edib və 24-cü plenar iclasında parlamentin prosedur qaydalarının 98-ci maddəsinə uyğun olaraq qərar qəbul edib.

 

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, qərarda Sloveniya Respublikasının Milli Şurası (parlament) ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə diqqətin artırılmasına çağırır. Şura beynəlxalq təşkilatların regionda sülh və sabitliyi bərqərar etməklə bağlı təşəbbüslərini dəstəkləyir.

 

Qərarda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrə əsaslanmalıdır. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma yurdlarına qayıtmalarını tələb edir.

 

Qərarda xatırladılır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinə Fransa, Rusiya və ABŞ-ın həmsədrləri olduğu Minsk Qrupu vasitəçilik edir. Avropa İttifaqı Minsk Qrupunun münaqişənin sülh yolu ilə və davamlı həlli istiqamətində fəaliyyətini dəstəkləyir.

 

Milli Şura Sloveniya hökumətini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək təşəbbüsünü dəstəkləməyə çağırır.

 

Apa.az