Səlim Müslümovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Posted by

Səlim Müslümovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilibSəlim Müslümovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Səlim Müslümovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun İmişli rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, noyabrın 28-dən noyabrın 27-nə keçirilib.

 

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin İmişli rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 246-13-22 (İmişli rayon ƏSMM), (020) 255-02-06 (Kürdəmir rayon ƏSMM), (020) 213-01 66 (Ucar rayon ƏSMM), (020) 296-50-33 (Zərdab rayon ƏSMM), (021) 225-16-15 (Beyləqan rayon ƏSMM), (021) 223-53-16 (Xocavənd rayon ƏSMM), (026) 315-55-25 (Füzuli rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

 

Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İmişli rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

 

Trend.az