Səlim Müslümov: “Prezidentin son fərmanları ümumilikdə 80 min nəfərdən artıq insanı əhatə edəcək”

Posted by

Səlim Müslümov: “Prezidentin son fərmanları ümumilikdə 80 min nəfərdən artıq insanı əhatə edəcək”

 

Səlim Müslümov: “Prezidentin son fərmanları ümumilikdə 80 min nəfərdən artıq insanı əhatə edəcək”

Səlim Müslümov: “Prezidentin son fərmanları ümumilikdə 80 min nəfərdən artıq insanı əhatə edəcək”

 

Bu gün prezident İlham Əliyev tərəfindən əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası prezidentinin təqaüdünün təsis edilməsini, həmçinin müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutan 4 fərman və 1 sərəncamın imzalanması ilə əlaqədar əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransı keçirib.

 

“APA-Economics”in xəbərinə görə, S.Müslümov bildirib ki, dövlət başçısının nazirlik qarşısında müəyyən etdiyi vəzifələrdən biri də Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin problemlərinin araşdırılması və bu problemlərin aradan qaldırılması üçün müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsi olub.

 

Belə ki, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmana görə, aprelin 1-dən ümumi xəstəlik səbəbindən, habelə hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, yəni respublika üzrə ümumilikdə 14 620 nəfərə prezidentin təqaüdünün təyin olaraq ödənilməsinə başlanacaq. Bu tədbir əmək pensiyası almaq hüququ olmayan və yalnız sosial müavinət alan I qrup əlillərə şamil olunur. Beləliklə, həmin insanlar sosial müavinət olaraq hər ay aldıqları 67 manat məbləğində vəsaitlə birgə 60 manat məbləğində prezident təqaüdü də alacaqlar: “Ümumilikdə bu vəsait 127 manat olmaqla 125 manat səviyyəsində olan yaşayış minimumunu üstələyəcək. Bu artımlara il ərzində 10,5 mln. manat xərclənəcək”.

 

S.Müslümov bildirib ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərmanına əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan prezident təqaüdlərinin məbləği bu təbəqələrdən olan I qrup əlillər (871 nəfər) üçün 110 manatdan 150 manata, II qrup əlillər (8 905 nəfər) üçün 85 manatdan 130 manata və III qrup əlillər (2 045 nəfər) üçün 60 manatdan 100 manata çatdırılır. Bununla da həmin insanlara bu il aprelin 1-dən ödənilən prezident təqaüdlərinin məbləği 20 Yanvar əlillərinə ödənilən prezident təqaüdlərinin məbləğləri ilə bərabərləşdirilir. Bu artımların təmin olunmasına dövlət büdcəsindən bir il üçün 6,2 milyon manat vəsait yönəldiləcək.

 

S.Müslümov əlavə edib ki, dövlət başçısının daha bir fərmanı ilə əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində kompensasiya 37 manatdan bu il aprelin əvvəlindən 45 manata çatdırılıb. Sənədin ümumilikdə 53 545 nəfərə şamil olunacağını qeyd edən nazir onlardan 50 077 nəfərinin ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adı almış şəxslər olduğunu, bu artımlar üçün bir il ərzində 5,2 mln. manat yönəldiləcəyini bildirib.

 

S.Müslümov nəzərə çatdırıb ki, prezident “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” da müvafiq sərəncam imzalayıb. Sərəncama görə, qeyd edilən kateqoriyadan olan vətəndaşların ölkənin dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sərəncamın şamil olunacağı 600-ə yaxın təhsil alan vətəndaşın təhsil haqqının ödənməsi üçün 1 ildə təxminən 1,2 mln. manat vəsait sərf ediləcək.

 

Nazir vurğulayıb ki, qeyd edilən fərmanlar ölkə üzrə ümumilikdə 80 min nəfərdən artıq insanı əhatə edəcək.

 

Apa.az