Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüşəcək

Posted by

Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüşəcək

Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüşəcək

Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüşəcək

28 may – 12 iyun 2014-cü il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçiriləcək. Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyanın 4 iyun tarixində keçiriləcək plenar iclasında nümayəndə heyətinin başçısı kimi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun çıxışı nəzərdə tutulur.

Bundan başqa, S.Müslümovun tədbir çərçivəsində BƏT-in baş direktoru və digər rəhbər şəxsləri, habelə sessiyada iştirak edəcək bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Tədbirin gündəliyinə BƏT-in Baş direktorunun və İnzibati Şuranın sədrinin məruzələri, həmçinin BƏT-in Konvensiya və Tövsiyələrinin icrası vəziyyəti, İcbari əmək haqqında 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər daxildir.

 

Trend.az