Siyavuş Novruzov: “İqtidar müxalifətlə dialoqa və əməkdaşlığa həmişə hazırdır”

Posted by

“Bir qrup müxalifət partiyası iqtidarla görüş istəyib və təbii ki, görüşəcəklər”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP)icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S. Novruzov qeyd edib ki, müxalifətin bir qolu ilə YAP müəyyən məsələlərdə fikir mübadiləsi aparır, görüşləri olur: “Bu, əsasən parlamentdə təmsil olunan partiyalardır. Eyni zamanda YAP-da Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə siyasi partiyalarla əlaqədar komissiya fəaliyyət göstərir ki, bir neçə dəfə əksər siyasi partiyaların iştirakı görüşlər də olub, müxtəlif təkliflər də irəli sürülüb. Bu təkliflər qruplaşdırılıb və onların üzərində hazırda iş gedir. Yeni görüşlərin də olması ilə bağlı məlumat almışam. İqtidar müxalifətlə dialoqa, fikir mübadiləsinə və əməkdaşlığa həmişə hazırdır. Yetər ki, müxalifətin digər qolu da buna hazır olsun”.

APA.az