Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov aprelin 19-da Şirvan şəhərində vətəndaşların qəbulunu keçirmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, qəbulda Şirvan şəhərindən, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarından olan 30-dək sakin iştirak etmişdir.

Vətəndaşların müraciətləri daha çox hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələri, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapmışdır. Araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülmüş və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilmişdir.

Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

AzərTac.az