Səfir: Özbəkistan və Azərbaycan əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə çıxıblar
Özbəkistan xarici siyasətinin vacib istiqamətlərindən biri kimi Azərbaycanla qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi qalır, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev çərşənbə axşamı Müstəqillik gününə həsr olunmuş tədbirdəki çıxışında deyib.
“Son illər ərzində biz bu əməkdaşlığın inkişafında keyfiyyətcə yeni mərhələnin şahidi olduq,” – səfir çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlmiş, dəqiq nəzərdə tutulan prioritetləri və istiqamətləri var.
“Şübhəsiz ki, sıx və etibarlı münasibətlərin qurulması yaxınlıq və milli ənənələrin dərin tarixi köklərinə, ortaq dil və mədəniyyətinə əsaslanır”.
Səfir bildirib ki, “yaranmış həqiqi dostluq və sıx əməkdaşlıq münasibətləri hər iki ölkənin mənafelərinə uyğun olaraq bundan sonra da və Mərkəzi Asiyada, eləcə də Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik inkişaf edəcək”.
Müstəqillik gününə həsr olunmuş tədbirdə Azərbaycan hökuməti tərəfindən çıxış edən baş nazirin müavini, Qaçqınlar və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov çıxış edib. O, Müstəqillik günü münasibətilə Özbəkistanı təbrik edib.
Əli Həsənov öz çıxışında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edib və onların qardaş və dost səviyyəsində qaldığını bildirib.
Əli Həsənov bildirib ki, Özbəkistan müstəqillik illərində siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar əldə edib və respublikaya yeni uğurlar arzulayıb.