Sergey Lavrov Polad Bülbüloğluna təbrik məktubu göndərib

Posted by

Sergey Lavrov Polad Bülbüloğluna təbrik məktubu göndəribSergey Lavrov Polad Bülbüloğluna təbrik məktubu göndərib

Sergey Lavrov Polad Bülbüloğluna təbrik məktubu göndərib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna yenidən MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri seçilməsi münasibətilə təbrik məktubu göndərib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

 

“Hörmətli Polad Bülbüloğlu, yenidən MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Əminəm ki, sizin rəhbərliyiniz altında Fond böyük vacib mədəni layihələri, MDB çərçivəsində mədəniyyətlərarası dialoqu və ümumi humanitar məkanın inkişafını həyata keçirəcək, ölkələrimiz arasındakı müxtəlif tərəfli əməkdaşlıq əlaqələrini hərəkətə gətirəcək”.

 

Qeyd edək ki, oktyabrın 26-da Rusiya paytaxtında MDB Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun (DHƏF) İdarə Heyətinin və MDB dövlətlərinin Humanitar Əməkdaşlığı üzrə Şurasının birgə iclası keçirilib. Nizamnaməsinə görə, İdarə Heyətinin sədri iki illik müddətə seçilir. Səfir Polad Bülbüloğlu ilk dəfə – 2010-cu və 2012-ci ildə Fondun İdarə Heyətinin sədri seçilib. Sonuncu iclasda P. Bülbüloğlu yenidən bu vəzifəyə seçilib və beləliklə, onun səlahiyyət müddəti daha iki il uzadılıb.

 

APA.az