Serbiya Milli Məclisinin sədri Azərbaycana gəlib

Posted by

Serbiya Milli Məclisinin sədri Azərbaycana gəlibSerbiya Milli Məclisinin sədri Azərbaycana gəlib

Serbiya Milli Məclisinin sədri Azərbaycana gəlib

Dekabrın 10-da Serbiya Respublikası Milli Məclisinin sədri Maya Qoykoviç Azərbaycana səfərə gəlib.

 

APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Maya Qoykoviçi Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

 

Aeroportda jurnalistlərə müsahibə verən Maya Qoykoviç bildirib ki, bu, onun Serbiya parlamentinin sədri kimi Azərbaycana ilk səfəridir. O, səfərin məqsədinin Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək olduğunu söyləyib. Serbiya Milli Məclisinin sədri deyib: “Parlamentlərarası əlaqələr yüksək səviyyədədir, lakin biz birbaşa dialoq yolu ilə bu əlaqələri daha da möhkəmləndirəcəyik”.

 

 

Apa/az