Senator Çarlz Şumer: Qara Yanvar şəhidlərinin xatirəsi günündə azərbaycanlıları Amerikada dəstəkləməkdən şərəf duyuram
Xəbər verdiyimiz kimi, ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətini Qara Yanvar faciəsi haqqında məlumatlandırmaq üçün yazılı kampaniya keçirir.
Nyu-York ştatından senator Çarlz Şumerin ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Rəna Köniqə cavab məktubunda qeyd edir ki, bu faciənin anılması vacibdir. Ç.Şumer yazır: “1990-cı ilin yanvarında sovet qoşunları Azərbaycanın paytaxtı Bakıda amansız qırğın törədiblər. Sovet İttifaqının törətdiyi cinayətləri anlamaq indiyədək çətindir, onların nəticələri isə göz qabağındadır”. ABŞ ilə Azərbaycan arasında hələ 1919-cu ildə qurulmuş ikitərəfli münasibətlərin vacibliyini qeyd edən senator yazır ki, Azərbaycan Respublikası ABŞ-ın uzunmüddətli strateji tərəfdaşıdır, terrorizmlə mübarizədə sülhməramlı qüvvələrə kömək edir. Sonda Ç.Şumer yazır: “Mən Qara Yanvar şəhidlərinin xatirəsi günündə azərbaycanlıları Amerikada dəstəkləməkdən şərəf duyuram”.
AzərTac.az