Sabah Milli Məclisdə soyqırım cinayətlərinin məsuliyyəti barədə qanun layihəsi təqdim olunacaq

Posted by

Fevralın 10-da Milli Məclisdə yeni hazırlanmış “Soyqırım cinayətləri və onların məsuliyyəti haqqında” qanun layihəsinin təqdimatı olacaq.

 

MM-dən APA-ya verilən məlumata görə, qanun layihəsinin təqdimatını İnsan haqları komitəsi edəcək.

Layihədə azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarla bağlı hüquqi baza əksini tapıb.

Apa.az