Rusiyanın bir sıra ali məktəbləri ilə AzMİU arasında əməkdaşlıq müqavilələri imzalanıb

Posted by

Rusiyanın bir sıra ali məktəbləri ilə AzMİU arasında əməkdaşlıq müqavilələri imzalanıbRusiyanın bir sıra ali məktəbləri ilə AzMİU arasında əməkdaşlıq müqavilələri imzalanıb

[thumb=left]http://www.azhumanrights.az/az/uplo

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Bakıda keçirilən memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIII beynəlxalq baxış-müsabiqəsi günlərində silsilə tədbirlər keçirilib.

Bugünkü tədbirdə AzMİU-da Rusiya Federasiyasının bir sıra ali məktəb nümayəndə heyətlərinin rəhbərləri ilə universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova universitetin keçdiyi tarixi yoldan söhbət açıb, təhsil müəssisəsində hazırlanan memar, inşaatçı və digər ixtisaslar barədə ətraflı məlumat verib. Rektor son illərdə univeristetin beynəlxalq əlaqələrinin də xeyli inkişaf etdiyini diqqətə çatdırıb.

Müsabiqəyə qatılan ali məktəblərin bir neçəsi ilə əvvəlcədən əməkdaşlıq müqavilələri imzalanıb, bir neçəsi ilə də əvvəldən mövcud olan müqavilələr yenilənib.

AzMİU ilə Rusiya Federasiyasının aşağıdakı ali məktəbləri arasında əməkdaşlıq müqavilələri imzalanıb:

1. Rostov Dövlət İnşaat Universiteti – Pişulina Viktoriya, Şəhərsalma və Memarlıq İnstitutunun direktoru

2. Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyası – Pustovetov Gennadiy, rektor, memarlıq doktoru, professor

3. Moskva Memarlıq İnstitutu – Şubenkov M.V., prorektor, professor

4. Ufa Dövlət Neft Texniki Universiteti – Sabitov İldar Narimanoviç, Rusiya Federasiyasının əməkdar memarı, professor, Şərq Ölkələri Memarlıq Akademiyasının müxbir üzvü

5. Kuban Dövlət Universiteti – Koçetkova Svetlana, professor, memarlıq və dizayn fakültəsinin dekanı

6. Novosibirsk Dövlət Memarlıq İnşaat Universiteti – Skoluboviç Yuriy, rektor, professor, texnika elmləri doktoru.

Sonda Novosibirsk Dövlət Memarlıq İnşaat Universitetinin rektoru Y.Skoluboviç, Cənubi Federal Universitetinin Memarlıq və İncəsənət Akademiyasının direktoru Aleksandr Boyarinov, Ufa Dövlət Neft Texniki Universitetinin professoru, əməkdar memar İ.Sabitov, Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyasının rektoru G.Pustovetov təmsil olunduqları universitetləri ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə görə AzMİU-nun rektorluğuna, professor-müəllim heyətinə öz minnətdarlığını bildirib, elm, təhsil və digər sahələrdə əlaqələrin inkişafına daha böyük önəm verəcəklərini söyləyiblər.

 

Trend.az

ads/posts/2014-10/1413439376_azmu_sazis_151014_6.jpg[/thumb]