Rusiya prezidenti Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair sazişi təsdiqləyib

Posted by

Rusiya prezidenti Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair sazişi təsdiqləyibRusiya prezidenti Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair sazişi təsdiqləyib

Rusiya prezidenti Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair sazişi təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq sənəd Ermənistanın Avrasiya İqtisadi İttifaqı müqaviləsinə, habelə Gömrük İttifaqı çərçivəsində imzalanan digər beynəlxalq sənədlərə qoşulmasını nəzərdə tutur.

 

Ümumdünya Ticarət Təşkilatının üzvü olan Ermənistanın tarif öhdəliklərinə yenidən baxılacağı, habelə Avrasiya İqtisadi İttifaqının Vahid Gömrük Tarifinə düzəlişlərin ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında saziş 2014-cü ilin mayın 29-da Rusiya, Belarus və Qazaxıstan tərəfindən imzalanıb. Sənəd 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

 

Apa.az