Rusiya hökuməti Azərbaycanla Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq sazişini təsdiqlədi

Posted by

Rusiyanın Nazirlər Kabineti Xəzər dənizinin hidrometeorologiyası sahəsində Azərbaycan, İran və Qazaxıstanla əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Müvafiq sənəd çərşənbə günü Nazirlər Kabinetinin saytında dərc olunub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

Sazişin layihəsi iştirakçı ölkələrin milli meteoroloji və hidroloji xidmətləri tərəfindən hazırlanıb. Sənəd 2013-cü il 27-28 noyabr tarixində Aşqabadda keçirilmiş Xəzər dənizinin hidrometeorologiyası və çirkləndirilməsinin monitorinqi üzrə Koordinasiya Komitəsinin 18-ci sessiyası zamanı tam razılaşdırılıb.

Rusiya Nazirlər Kabinetinin qeyd etdiyi kimi, saziş müşahidələrin beynəlxalq məlumat mübadilələrin genişləndirilməsi, Xəzər dənizinin vəziyyəti haqqında analitik və proqnoz informasiyası üçün hüquqi baza yaradacaq.

Dövlətlər milli müşahidə şəbəkələrinin inkişafı məsələlərində qarşılıqlı fəaliyyət göstərəcək, Xəzər dənizinin vəziyyətinin proqnozu metodlarının təkmilləşdirilməsi, vahid geoloji məlumat sisteminin əsaslarının, hidrometeorologiya sahəsində kadrların təhsil və ixtisaslarının artırılması və bəzi başqa sahələr üzrə koordinasiya tədbirləri hazırlayacaqlar.

Trend.az