“İçərişəhər” Qoruğu İdarəsi “Qala” qoruğunda ağacəkmə aksiyası keçirib

Posted by

“İçərişəhər” Qoruğu İdarəsi “Qala” qoruğunda ağacəkmə aksiyası keçirib“İçərişəhər” Qoruğu İdarəsi “Qala” qoruğunda ağacəkmə aksiyası keçirib

“İçərişəhər” Qoruğu İdarəsi “Qala” qoruğunda ağacəkmə aksiyası keçirib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dekabrın 20-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində ağacəkmə kampaniyası keçirib. İdarədən APA-ya verilən xəbərə görə, gün ərzində davam edən bu aksiya zamanı qoruq ərazisində ümumilikdə 1000-dən artıq Eldar şamı ağacı əkilib. Bununla yanaşı, ağac əkilməsi üçün nəzərdə tutulmuş ərazilərdə geniş miqyaslı təmizlik və abadlıq işləri aparılıb.

 

Əsas məqsədi ağac əkilməsini təşviq etmək və ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan bu tədbirdə idarənin və onun qurumlarının 100-dən artıq əməkdaşı iştirak edib.

 

Apa.az