Ərdoğan İrana gedəcək

Posted by

Ərdoğan İrana gedəcəkƏrdoğan İrana gedəcək

Ərdoğan İrana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. Trend-in İranın “Tasnimnews” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

 

M.C.Zərif Türkiyə Prezidentinin 2015-ci ilin əvvəlində İrana səfər edəcəyini bildirib.

 

Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu bu gün Tehranda səfərdə olub. O, bir günlük səfəri zamanı iranlı həmkarı və digər rəsmilərlə görüşib. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və regiondakı problemlərin həlli yolları müzakirə olunub.

 

Trend.az