Ərəb və ingilis dillərində “Qarabağ tarixinin xülasəsi” adlı kitab nəşr edilib

Posted by

Ərəb və ingilis dillərində “Qarabağ tarixinin xülasəsi” adlı kitab nəşr edilibƏrəb və ingilis dillərində “Qarabağ tarixinin xülasəsi” adlı kitab nəşr edilib

Ərəb və ingilis dillərində “Qarabağ tarixinin xülasəsi” adlı kitab nəşr edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ərəb və ingilis dillərində “Qarabağ tarixinin xülasəsi” adlı kitab nəşr edib.

 

SAM-dan Trend-ə verilən məlumata görə, kitabda əsasən Qarabağ regionunun siyasi tarixindən bəhs edilir. Qeyd olunur ki, Qarabağın nəinki ərazisi, eyni zamanda burada tarixən formalaşmış, tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimiz olan maddi-mədəniyyət abidələri, milli və dini dəyərlərimiz də erməni işğalına məruz qalıb.

 

Bunun bir sübutu kimi Qarabağda dağıdılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki tariximiz, mədəniyyət və mənəviyyat abidələrimizə dair fotomateriallar da kitaba əlavə olunub.

 

Qarabağın ən mühüm tarixi mərhələlərinin təsvir olunduğu bu kitabda “Qarabağ – Azərbaycanın tarixi və coğrafi regionu”, “Qarabağ xanlığının taleyi”, “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi”, “Erməni dövlətinin yaranması”, “Dağlıq Qarabağ Azərbaycan Demokratik Respublikasının tərkibində (1918-1920)”, “Qarabağ SSRİ dövründə”, “Dağlıq Qarabağ münaqişəsi (müharibə və işğal)”, “Qarabağda islam və tarixi abidələrin dağıdılması” kimi mövzular öz əksini tapıb.

 

Trend.az