İranın quru qoşunları hərbi təlimlər keçirəcək

Posted by

İranın quru qoşunları hərbi təlimlər keçirəcək

İranın quru qoşunları hərbi təlimlər keçirəcək

 

İranın quru qoşunları hərbi təlimlər keçirəcək

İranın cənub-şərqində ölkənin Quru Qoşunlarının irimiqyaslı hərbi təlimləri keçiriləcək. Bunu İranın Quru Qoşunları komandanı, briqada generalı Əhmədrza Purdastan deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

 

Ə.Purdastan bildirib ki, hərbi təlimlərin dekabr ayının sonunda keçirilməsi planlaşdırılır: “Təlimlərdə düşmənlə taktiki döyüş və yeni təhlükələrlə mübarizə yolları sınanacaq. Səhra şəraitində keçiriləcək təlimlərdə həqiqi güllələrdən istifadə olunacaq”.

 

Onun sözlərinə görə, təlimlərdə pilotsuz təyyarələrdən də istifadə olunacaq: “Pilotsuz təyyarələr həm foto çəkəcək və həmdə kamikadze hücumları təşkil edəcək”.

 

Qeyd edək ki, bundan öncə Quru Qoşunlarının irimiqyaslı təlimlərinin noyabr ayında keçiriləcəyi bildirilirdi.

 

Trend.az