İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələ öz həllini tapıb

Posted by

İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələ öz həllini tapıb. Bunu İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bu gün ilin yekunlarına dair (İranda il martın 21-də dəyişir) keçirdiyi mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

H.Zülfüqari bildirib ki, İran və Azərbaycan arasında Naxçıvan Muxtar Respublikasının Culfa sərhəd keçid məntəqəsində körpünün üzərində mübahisəli ərazi var idi, müzakirələr nəticəsində bu ərazi ilə bağlı məsələ öz həllini tapdı və 44 metr sahə İran ərazisinə birləşdirildi.

Onun sözlərinə görə, ilin əvvəlindən indiyədək ölkə sərhədlərində 1411 sərhəd dirəyi yenidən quraşdırılıb, 60 kilometr yol, 17 kilometr kanal istifadəyə verilib, 52 kilometr uzunluğunda tikanlı məftil çəkilib.

H.Zülfüqari deyib ki, ilin əvvəlindən indiyədək sərhəddə 72 ton müxtəlif növ narkotik maddə aşkarlanıb və müsadirə olunub, bu müddət ərzində sərhəddə 394 dəfə cinayətkar qruplar və qaçaqmalçılarla silahlı qarşudurma baş verib.

İran Sərhəd Polisinin komandanı əlavə edib ki, İran ölkənin cənub-şərq sərhədlərində 115 yeni sərhəd postu quraşdıracaq.

Trend.az