Rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşları qəbul edib

Posted by

Rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşları qəbul edibRabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşları qəbul edib

Rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.

AzərTAc xəbər verir ki, avqustun 27-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qubada bu rayondan, eləcə də Qusar və Xaçmazdan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Əli Abbasov Quba rayonunun Dağlı kəndində yerləşən, yenilənmiş radioteleviziya yayım stansiyasına baxıb.

Qəbula gələn vətəndaşların müraciət və təklifləri əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.

Nazirliyin idarə rəislərinin, struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda nazir Əli Abbasov vətəndaşların təklifləri və qaldırdıqları məsələlərlə bağlı müvafiq göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Qəbuldan sonra nazir Əli Abbasov ətraf rayonların telekommunikasiya qovşaqlarının rəhbər şəxsləri ilə videokonfrans keçirib. Nazir yerlərdə qarşıya çıxan çətinliklər, eyni zamanda, yeni təkliflər barədə fikirləri dinləyib müvafiq göstərişlər verib.

 

AzərTac.az