Qusarda prokurorluq işçilər üçün seminar-məşğələ keçirilib

Posted by

Qusarda prokurorluq işçilər üçün seminar-məşğələ keçirilibQusarda prokurorluq işçilər üçün seminar-məşğələ keçirilib

Qusarda prokurorluq işçilər üçün seminar-məşğələ keçirilib

Qusar Rayon Prokurorluğunun inzibati binasında “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələrə həsr edilən seminar-məşğələ keçirilib.

 

APA-nın şimal bürosunun xəbərinə görə, Baş Prokurorluğun nümayəndələrinin və şimal bölgəsində fəaliyyət göstərən prokurorların qatıldığı seminar-məşğələdə İnkişaf Konsepsiyasının dövlətimizin inkişafındakı müstəsna rol haqqında ətraflı məlumat verilib.

 

Tədbirdə bildirilib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təsdiq edilən İnkişaf Konsepsiyasında dövlətin siyasi, iqtisadi, sosial eləcə də hərbi gücünün artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Tədbirdə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbulu ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib: “Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır”.

 

Seminar-məşğələdə prokurorluq orqanları əməkdaşlarının “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inam ifadə olunub.

 

Apa.az