Qərb Rusiyanın enerji və bank-maliyyə sektoruna sanksiyalar planlaşdırır

Posted by

Qərb Rusiyanın enerji və bank-maliyyə sektoruna sanksiyalar planlaşdırır

 

Qərb Rusiyanın enerji və bank-maliyyə sektoruna sanksiyalar planlaşdırır

Qərb Rusiyanın enerji və bank-maliyyə sektoruna sanksiyalar planlaşdırır

 

ABŞ Dövlət Departamenti: Rusiya iqtisadiyyatı staqnasiya mərhələsindədir və Moskva gərginliyi azaldacaq addımlar atmasa, daha ciddi mənfi nəticələrlə üzləşəcək

 

“Böyük yeddilik” (G7) ölkələri Rusiya iqtisadiyyatının hansı sektorlarına sanksiyalar tətbiq edilə biləcəyini müəyyənləşdiriblər. APA-nın “Gazeta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, yeni sanksiyalar enerji, maliyyə və hərbi sahələri əhatə edəcək.

 

 

“Zənn edirəm ki, hansı vacib sektorlara diqqəti cəmləmək lazım olduğu haqda razılıq mövcuddur. Energetika onlardan biridir. Bank və maliyyə sahəsi digər sektordur. Daha bir sektor isə silahlanmadır”, – deyə Ağ Evin adının çəkilməsini istəməyən yüksək səviyyəli nümayəndəsi deyib. O bildirib ki, bu addımların G7 ölkələrinin iqtisadiyyatı üçün də müəyyən təsirləri ola bilər, lakin nəzərə alınır ki, Rusiyanın qlobal iqtisadiyyatdan təcridinin bu ölkəyə mənfi təsiri daha çox olacaq.

 

Xatırladaq ki, G7 ölkələrinin dövlət başçıları Haaqa görüşünün yekunları əsasında birgə Bəyannamə qəbul ediblər. Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi Bəyannamədə Rusiya vəziyyəti gərginləşdirməyə davam edəcəyi təqdirdə daha ciddi sanksiyalarla hədələnir. G7 ölkələri Rusiyanın daxil olduğu G8 formatından da imtina ediblər.

 

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bildirib ki, Rusiyanın “Böyük səkkizlik”də təmsil olunması formatın digər iştirakçıları ilə müqayisədə Moskva üçün daha vacib idi və G8-i digər formatlarla əvəz etmək mümkün olmayacaq. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının inkişaf etmiş ölkələr klubunun tərkib hissəsi olması bu ölkə üçün önəmlidir. BRİCS-in (Braziliya, Rusiya, Hindistan, Çin və CAR-dan ibarət, sürətlə inkişaf edən ölkələr qrupu) Rusiya üçün G8-i əvəz edib-etməyəcəyi haqda suala M. Harf belə cavab verib: “Rusiya iqtisadiyyatı yaxşı vəziyyətdə deyil. Onlar başqa alternativ axtara bilər, lakin iqtisadiyyat artıq staqnasiya mərhələsindədir və Rusiya gərginliyi azaldacaq addımlar atmasa, daha ciddi mənfi nəticələrlə üzləşəcək”.

 

M. Harf qeyd edib ki, Rusiya fond bazarı ilin əvvəlindən bəri təxminən 20% azalıb, rublun kursu aşağı düşüb, şirkətlərin kapitallaşması 75 milyard dollar həcmində azalmaya məruz qalıb və bu, Rusiyaya tətbiq olunan sanksiyaların nəticəsidir.

 

Xatırladaq ki, Rusiyanın xaric işlər naziri Sergey Lavrov G8-dən yapışmadıqlarını deyib və bildirib ki, bu format Qərbə lazım deyilsə, dünya problemlərini G20 və digər formatlarda müzakirə etmək mümkündür.

 

 

Apa.az