QDİƏT XİNŞ-nin 31-ci iclası keçirilir

Posted by

QDİƏT XİNŞ-nin 31-ci iclası keçirilirQDİƏT XİNŞ-nin 31-ci iclası keçirilir

QDİƏT XİNŞ-nin 31-ci iclası keçirilir

Bu gün Yunanıstanın Saloniki şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 31-ci iclası keçirilir.

 

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edir.

 

İclasda qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin icrası vəziyyətinin qiymətləndirilməsi, son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

 

Trend/az