Qazaxıstanın və Azərbaycanın regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur

Posted by

Qazaxıstanın və Azərbaycanın regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur

Qazaxıstanın və Azərbaycanın regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur

Qazaxıstanın və Azərbaycanın regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur

Fevralın 28-də Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi Alik Aydarbayevlə görüşmüşdür.

Energetika Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, görüşdə çıxış edən N.Əliyev qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı dostluq münasibətlərinə əsaslandığını, Azərbaycan ilə Qazaxıstanın iqtisadi-siyasi və mədəni əlaqələrinin dərin tarixi köklərə malik olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ölkələrimiz müstəqillik dövründə böyük inkişaf yolu keçmiş, qarşılıqlı əməkdaşlıq yüksək səviyyəyə çatmışdır. Dövlət başçılarının mütəmadi görüşləri, imzaladıqları sənədlər Azərbaycan ilə Qazaxıstanı bir-birinə daha da yaxınlaşdırır. Hər iki dövlət enerji sektoru da daxil olmaqla, bütün sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini və inkişafını davam etdirmək niyyətindədir.

Nazir Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır.

Ölkələrimizin strateji tərəfdaşlar olduğunu vurğulayan Alik Aydarbayev bildirmişdir ki, Azərbaycan və Qazaxıstan şirkətləri birgə layihələrin həyata keçirilməsində və TRASEKA proqramı çərçivəsində fəal əməkdaşlıq edirlər. Qazaxıstan Azərbaycan şirkətləri ilə enerji sahəsində, logistika mərkəzlərinin açılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ekologiya, tullantıların emalı və xalq istehlakı mallarının istehsalı sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Alik Aydarbayev Manqistau iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına Qazaxıstanda böyük maraq göstərildiyini demişdir. Qeyd olunmuşdur ki, Qazaxıstan və Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial vardır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az