Qazaxıstanlı mütəxəssislər Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxıblar

Posted by

Fevralın 21-də Elektron Hesablayıcı Maşınlar zavodunda Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri ilə Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə nazirinin müavini Abdraim Bakıtjanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirildi.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Qazaxıstan nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdən sonra nümayəndə heyəti nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxıblar.

Trend.az