Qaradağ rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub

Posted by

Qaradağ rayonunda polis işçilərinin peşə bayramı qeyd olunubQaradağ rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub

Qaradağ rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub

01 iyul 2014-cü il tarixində Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polis işçilərini təbrik etdi. Qeyd etdi ki, Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçmiş, Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən bir neçə polis işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

 

Trend.az