Qarabağ müharibəsi əlillərinin mənzillə təminatında yeni metodların tətbiqinə başlanıb

Posted by

Qarabağ müharibəsi əlillərinin mənzillə təminatında yeni metodların tətbiqinə başlanıb Qarabağ müharibəsi əlillərinin mənzillə təminatında yeni metodların tətbiqinə başlanıb

Qarabağ müharibəsi əlillərinin mənzillə təminatında yeni metodların tətbiqinə başlanıb

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillərlə təminatında yeni metodlar tətbiq olunur.

 

APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib.

 

Ç. Əliyevin sözlərinə görə, dövlət başçısının sərəncamına əsasən, 5731 ailənin 2018-ci ilə qədər mərhələlərlə mənzillə təmin olunması nəzərdə tutulur. Onlar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdılan şəhərlərində binalarda, rayonlarda isə fərdi evlər tikilməklə mənzillə təmin olunacaqlar.

 

«Bu ildən dövlət başçısının sərəncamının icrasına başlanılıb. Artıq 52 rayonda 353 fərdi evin tikintisinə start verilib», – deyə nazirlik rəsmisi vurğulayıb.

 

Ç. Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatında yeni metodun tətbiqinə başlandığını da qeyd edib. Onun sözlərinə görə, cari ildə ayrılmış vəsait hesabına əlillər üçün ayrıca binaların inşasına deyil, müxtəlif yerlərdə, müxtəlif yaşayış binalarında onlar üçün mənzillərin satın alınması prosesinə başlanılıb: «Məqsəd odur ki, əlilləri bir binada yerləşdirib, cəmiyyətin başqa üzvlərindən ayırmayaq, onların digər vətəndaşlar kimi cəmiyyətə inteqrasiyasına nail olaq».

 

Apa/az