Qahirədə Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib

Posted by

Qahirədə Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilibQahirədə Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib

Qahirədə Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib

2014-cü ilin 09 dekabr tarixində AR-ın Misirdəki səfirliyi Qahirə universitetinin “İqtisadiyyat və Siyasi elmlər” fakültəsində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanın bu günü və sabahı” adlı konfrans təşkil etmişdir.

 

Trend-in Azətbaycanın Misirdəki səfirliyinə istinadan verdiyi məlumata görə, Konfransda Misir-Azərbaycan Dostluq cəmiyyətinin sədri Məhəmməd Orabi (Misirin sabiq xarici işlər naziri), İbrahim Fovzi (Misirin sabiq sənaye naziri), Misir-Azərbaycan Dostluq cəmiyyətinin Baş katibi Əbdürrəhman Səad, “İqtisadiyyat və Siyasi elmlər” fakültəsinin dekanı xanım Hala Səid, Qahirə universitetinin nəzdində Asiya araşdırmalar mərkəzinin müdiri xanım Dr Maqda Saleh, Qahirə universitetinin Tarix fakültəsinin doktoru Vaqih Atik, “Əl-Məsəiyyə” qəzetinin redaktor müavini, yazıçı Məhəmməd Sələmə, Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis, jurnalist və tədqiqatçı Əhməd Tarabek, Açıq Amerika universitetinin doktorantı Seymur Nəsirov çıxış etmişlər.

 

Tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Ş.Abdullayev H.Əliyevin həyatı, siyasi fəaliyyəti və böyük tarixi keçmişi ilə bağlı məlumat verərək, 1994-cü ildə H.Əliyevin Misirə səfəri ilə Azəraycanla Misir arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi yolunda böyük addımların atıldığını qeyd etmişdir.

 

Səfir 1982-ci ildə Heydər Əliyevin Sovet İttifaqı Nazirlər Kabinetinin birinci müavini olduğu dövrdə ərəb olkələri ilə əməkdaşlıq məsələsinə böyük önəm verdiyini qeyd etmiş, həmçinin onun ərəb dövlətlərinin rəhbərləri ilə şəxsi dostluq əlaqələrini inkişaf etdirdiyini və Sovet quruluşunun yuxarı təbəqəsində yeganə müsəlman oldugu üçün ərəb-islam dünyasında ona dost münasibətin olduğunu da bildirmişdir. O, həmçinin H.Əliyevin Yaxın Şərq problemlərinə məsələlərinə ədalətli dəstək verməsini, hətta nümayiş etdirdiyi ədalətli mövqeyi ilə Sovet İttifaqının xarici siyasətinə təsir etdiyini də ayrıca qeyd etmişdir.

 

Azərbaycanın 90-cı illərdə çox çətin vəziyyətdə olduğuna toxunan səfir bir tərəfdən Ermənistanın Azərbaycana qarşı düşmən və işgalçı mövqeyi, 20% torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqının öz tarixi torpaqlarından çıxarılması, digər tərəfdən də sovet iqtisadi quruluşunun dagılmasından təsirlənən ölkənin iqtisadi böhran yaşaması və xarici ölkələrin təzyiqlərinə məruz qalması barədə məlumat vermiş və 1993-cü ildə Azərbaycanı bu böhrandan cıxarmaq üçün xalqın tələbi ilə H.Əliyevin hakimiyyətə gəlməsini və onun müdrik siyasəti ilə ölkənin parlaq gələcəyə dogru aparmasını, qısa zaman ərzində dövlətin əsaslarının gücləndirdiyini, siyasi, iqtisadi və sosial islahatlar apardığını və atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu iştirakçıların diqqətinə çatdırmışdır.

 

Misir-Azərbaycan Dostluq cəmiyyətinin sədri M.Orabi sözügedən cəmiyyətin fəaliyyətinə toxunmuş və Azərbaycanla bağlı təəssüratlarını iştirakçılarla paylaşmışdır. M.Orabi ümummilli lider H.Əliyevin siyasi fəaliyyətinə və ölkəyə verdiyi töhfələrdən danışaraq, bu gün Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etdiyini, valyuta ethiyatının 53 milyard ABŞ dolları həcmini keçdiyini, yoxsulluq həddinin səkkiz il ərzində 49%-dən 5%-ə düşdüyünü bildirmişdir.

 

Misirin sabiq sənaye naziri İ.Fövzi Azərbaycanın müstəllik əldə etdiyi illəri və yaşadığı çətin dövrləri xatırladaraq, H.Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixi və dini bağlılığı olan ərəb və müsəlman dünyası ilə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini qeyd etmiş, eyni zamanda ulu öndərin siyasi və iqtisadi islahatlar apararaq, Azərbaycanın Avropa ölkələri ilə təmaslar qurduğunu, ölkədə yeni neft və qaz yataqlarının aşkar edildiyini, beynəlxalq neft və qaz şirkətləri ilə əməkdaşlıq edərək, əldə olunan gəlirlərin qeyri-neft sektorlarının inkişafına yönəldiyini bildrimişdir. Azərbaycanın inkişaf edərək, öz iqtisadiyyatını gücləndirdiyini və yoxsulluq həddinin 49%-dən 5%-ə düşdüyünü xüsusilə vurğulamışdır.

 

Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis misirli jurnalist və tədqiqatçı Ə.Tarabek AR-ın Misirdəki səfirliyinin dəstəyi ilə çap olunmuş “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabından söz açaraq, Azərbaycanın əsas problemi sayılan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları və torpaqlarının 20%-nin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu iştirakçıların diqqətinə çatdırmış, H.Əliyevin siyasi fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan arasında müharibənin dayandırıldığını və danışıqlar prosesinin başlanıldığını, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı BMT TŞ tərəfindən məlum dörd qətnamənin qəbul edilməsinə nail olunduğunu vurğulamışdır.

 

Amerika Açıq Universitetinin doktoranturasında təhsil alan azərbaycanlı alim S.Nəsirov ərəb mənbələrində azərbaycanlı şair, yazıçı və sərkərdələr mövzusuna toxunaraq, onlar barədə iştirakçılara geniş məlumat vermişdir.

 

Qeyd edək ki, tədbirdə ulu öndər H.Əliyevin həyatı, siyasi fəaliyyəti və böyük tarixi keçmişi ilə bağlı məlumatları, həmçinin Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri əks etdirən video çarxlar nümayiş etdirilmişdir. Bundan başqa, “İqtisadiyyat və Siyasi elmlər” fakültəsinin önündə konfransla bağlı banerlər öz əksini tapmış, Azərbaycan həqiqətlərini əks etdirən və səfirliyin dəstəyi ilə çap olunmuş kitablar iştirakçılara və tələbələrə paylanılmışdır.

 

Trend/az