Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Posted by

Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edirPrezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

 

Təbrikdə deyilir: Hörmətli İlham Heydər oğlu, sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən ali dövləti fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzu edirəm. Qoy, bu əlamətdar günün xoş əhval-ruhiyyəsi Sizə yeni qüvvə və enerji bəxş etsin.

 

Sizə möhkəm cansağlığı, firavanlıq, uğurlar və xoşbəxtlik arzulayıram”.

 

X X X

 

BP şirkətinin icraçı direktoru Robert Dadli də Azərbaycanın dövlət başçısını təbrik edib.

 

Məktubda qeyd olunur: “Doğum gününüz münasibətilə Sizə BP şirkətinin adından ən xoş arzularımı bildirmək istərdim.

 

Eyni zamanda, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Zati-alinizə yeni-yeni uğurlar, ölkənizə və xalqınıza rifah, tərəqqi arzu edirəm.

 

Bu xoş fürsətdən istifadə edərək, ölkənizdə həyata keçirdiyimiz layihələrə, əməliyyatlara dəstək verdiyiniz üçün Sizə və hökumətinizə təşəkkür etmək istərdim. Yola saldığımız ildə Sizinlə birlikdə Bakıda “Əsrin Müqaviləsi”nin 20 illiyi və “Cənub” qaz dəhlizinin təməlinin qoyulması kimi bir sıra mühüm tədbirlər həyata keçirdik. Bu tədbirlər dünya liderlərinə Azərbaycanın heyrətamiz inkişafını görmək imkanı verdi.

 

Azərbaycanın neft-qaz sənayesinə töhfələrinə görə BP-nin bir sıra əməkdaşlarını ali dövlət mükafatlarına layiq gördüyünüz üçün də Sizə təşəkkür edirik.

 

Dünyanın enerji bazarında təlatümlərin baş verdiyi bir vaxtda Sizi əmin edirəm ki, BP Azərbaycanda investisiya qoyuluşuna tam sadiq qalır, xalqınızın və regionun uzunmüddətli, hərtərəfli inkişafına bundan sonra da töhfələr verəcək”.

 

X X X

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan: “Hörmətli cənab Prezident, icazə verin, doğum gününüz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

 

Fürsətdən istifadə edib Zati-alinizə TÜRKSOY-un fəaliyyətini dəstəklədiyinizə görə dərin təşəkkürümü bildirmək istərdim. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcəkdir.

 

Zati-alinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

 

X X X

 

“Bank VTB” ASC-nin prezidenti, idarə heyətinin sədri Andrey Kostindən: “Hörmətli İlham Heydər oğlu, sizi doğum gününüz münasibətilə “Bank VTB” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti, kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm.

 

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz Sizə həmvətənlərinizin dərin hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazandırıb.

 

Sizin əzmkar əməyiniz sayəsində siyasi və iqtisadi inkişaf sahələrində böyük uğurlar qazanmış qardaş Azərbaycan səmərəli islahatlar və keyfiyyətli dəyişikliklər yolunda inamla irəliləyir.

 

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın daimi dəstəyini arzu edim”.

 

Trend.az