Prezident İlham Əliyev Azərbaycanda heyvandarlığın inkişafı ilə bağlı sərəncam imzalayıb

Posted by

Prezident İlham Əliyev Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalama tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 13,5 milyon manat, habelə Süni Mayalama Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə 1,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Trend/az