PRESS-RELİZ

Posted by

“İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (Şura) maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixososial problemlərinin həlli məqsədilə psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasıuğurla davam etdirilir.

Layihədə nəzərdə tutulmuş itkin ailələrinin psixoloji (həmçinin hüquqi) problemlərinin ortaya çixarılması, onlarin digər ailələrlə ünsiyyətinin formalaşdırılması məqsədi ilə keçirilməsi nəzərdə tutulmuş Qrup görüşləri yekunlaşdırılmışdır.

Qeyd etmək istərdik ki, layihə çərçivəsində hər birində 5 itkin ailəsi fərdinin iştirak etdiyi 5 Qrup görüşü keçirilmişdir. Qrup görüşləri zamanı bu günə qədər əməkdaşlıq edə bilmədiyimiz ailələrin iştirak etməsinə daha çox üstünlük verilmişdir.

Həmçinin layihə çərçivəsində Qrup görüşü iştirakçılarına siyahıları Şura ilə razılaşdırmaq şərti ilə ərzaq yardımı-30 manatlıq hədiyyə kartları təqdim edilmişdir.

Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Bakı şəhərinin rayonlarında yaşayan Müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün tədbirlərin görülməsi, peşəkar hüquqşünasların və psixoloqların iştirakı ilə ailə üzvlərinin psixoloji və hüquqi vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, effektiv və pulsuz hüquqi və psixoloji yardımla təmin edilməsi, xüsusi ilə hərbiçilərdə dövlətçiliyə və gələcəyə olan inamın gücləndirilməsinə kömək etməkdən ibarətdir.

Mətbuat Xidməti

30.10.2020