Pakistanda Qarabağla bağlı konfrans keçiriləcək

Posted by

Pakistanda Qarabağla bağlı konfrans keçiriləcək

Pakistanda Qarabağla bağlı konfrans keçiriləcək

Pakistanda Qarabağla bağlı konfrans keçiriləcək

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin elmi işçisi Fuad Çıraqov martın 3-5-də Pakistanda səfərdə olacaq.

 

SAM-dan SİA-ya verilən məlumata görə, səfərin məqsədi martın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Pakistan İslam Respublikasının İslamabad şəhərində yerləşən Sülh və Diplomatiya İnstitutunun (Institute of Peace and Diplomacy(IPD)) birgə təşkilatçılığı ilə İslamabadda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda keçirilən konfransda iştirak etməkdir.

 

Bundan əlavə, SAM-ın nümayəndə heyətinin “Quaid-e-Azam Universiteti Müdafiə və Strateji Araşdırmalar Mərkəzi”ndə, Preston Universitetində və İslamabad Siyasi Araşdırmalar İnstitutunda görüşləri planlaşdırılır.

 

Sia.az