Oqtay Əsədov Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Posted by

Oqtay Əsədov Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Litvanın Azərbaycanda yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

 

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov görüşdə bildirib ki, V. Lastauskas Azərbaycan-Litva əlaqələrinin daha da möhkəmlənməsi üçün səfir kimi öz qüvvə və bacarığını əsirgəməyəcək. O qeyd edib ki, müstəqil Azərbaycan Litva ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır: “Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb”.

 

Sədr hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.

 

V. Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. O bildirib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir.

 

APA.az