“Ön cəbhə” Fondun həmtəsisçisi Altay Zahidov

Posted by

Təəssüf ki, nüfuzlu əcnəbi KİV-də Azərbaycanın maraqlarına xidmət edən yazılara az rast gəlinir.Bu KİV-lərdə azərbaycanlı müəlliflərin yazilarının dərc olunması isə nadir hadisədir.Odur ki,Azərbaycan Jurnalistlər İttifaqının katibi , Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvü ,əməkdar jurnalist Altay Zahidovun dünyanın ən nüfuzlu qəzetlərindən biri olan “Washinqton Times”-da məqaləsinin nəşr olunması mühüm hadisədir.Diqqətinizə həmin məqaləni təqdim edirik.

“Ön cəbhə”

Nyu-Yorkdaki 11 sentyabr 2001-ci il faciəsindən Madrid vağzallarındakı partlayışlara qədər 911 gün keçib. “ Avropanın 11 sentyabrı” – dünyanın bir çox jurnalistləri Madriddəki partlayışları belə adlandırırlar. Beynəlxalq terrorizmlə müharibə davam etsə də bu gözə görünməz düşmən üzərində qələbəyə təəccüf ki hələ çox var.
Madriddəki terror aktlarından bir neçə gün sonra Bakida Beynəlxalq Mətbuat Mərkəzində Avropadakı ABŞ qoşunları ( EUCOM) komandanının müavini general Çarlz Veldin rəhbərlik etdiyi nüfuzlu amerika heyətinin mətbuat konfransı keçirildi. Həmin mətbuat konfransında EUCOM komandanın müavini Azərbaycan prezidenti İlham Əliyevin sözlərini sitat gətirdi: “Bütün demokratik və azad ölkələr terrorizmə qarşı mübarazədə birləşməlidirlər”. Və xüsusi qeyd etdi ki. Vaşingtonda Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə ABŞ-la fəal məqsədyonlü əməkdaşlığını yüksək qiymətləndirirlər.
Bakı üçün bunlar çox vaxt sadəçə diplomatik nəzakət xatirinə söylənən boş sözlər və ya “niyyətlər haqqında deklarasiya” deyil. 11 sentyabr2001-ci ildə üç min vətəndaşını itirmiş ABŞ üçün də beynəlxalq terrorla mübarizədə “diplomatik nəzakət” arxa plana keçmiş oldu.
Bunun ən güclü sübutu ABŞ dövlət departamentinin informasiya məlumatlarıdır. Beynəlxalq terrorla bağlı illik hesabatda (Patterns of Global terrorism) Azərbaycanın rolu belə qiymətləndirilir:
“ Since September 11, 2001, Azərbaijan has added to an already strong record of cooperation with the United States”. Üstəlik Azərbaycanı beynəlxalq terrorizmin “orbitinə” cəlb etmək cəhdləri var idi. Dövlət departamentindəki mənbələrin qeyd etdiyi kimi ,keçmişdə Azərbaycan ərazisi terrorçular və onların maliyyə mənbələri üçün tranzit kimi istifadə olunsa da, indi Azərbayçanın hüquq-mühafizə organları bu cür cəhdlərin qarşısını sərt bir şəkildə alırlar.
ABŞ analitikləri xüsusi qeyd edirlər ki, Azərbaycan beynəlxalq terrorla mübarizə ilə bu və ya digər şəkildə bağlı olan 12 beynəlxalq protokol və konvensiyanın iştirakçısıdır.
Onların diqqətindən artıq 2002-ci ilin mayında Azərbaycan prezidenti Heydər Əliyevin müşavirə keçirərək nazirlərinə BMT Təhlükəsizlik Şurasının “antiterror” qətnamələrinin yerinə yetirilməsi ilə bağlı göstərişlər verməsi də yayınmayıb. Yenə də onların fikrincə bu yaxınlarda Heydər Əliyevin adı verilmiş Bakı Beynəlxalq Aeroportu “ aviasiya təhlükəsizliyini” dünya standartları səviyyəsində həyata keçirir. Azərbaycan aviatorları üçün bu haqlı qürur mənbəyidir.
Lakin terrorla mübarizə elə bir sahədir ki, orada məhz xəbərsizlik ən yüksək “informasiyalılıq” dır. Artıq bir neşə ildir ki ABŞ höküməti öz vətəndaşlarına Azərbaycanda olarkən xüsusi ehtiyatlılıq və diqqət göstərmək, terrorçuların mümkün hücumlarını daim yadda saxlamaqla bağlı xəbərdarlıq etmir. Azərbaycanda diplomatik nümayəndəliklər bağlanmır. Nəhayət 90-cı illərin ortalarından etibarən ciddi terror aktlarının qarşısı alınır.
Azərbaycanda terror təhlükəsinin potensial səviyyəsi isə açığını deyək ki, kifayət qədər yüksəkdir. Daim xatırladıldığı kimi beynəlxalq terrorla Azərbaycan 11 sentyabr 2001-ci ildə çox əvvəl qarşılaşıb – artıq 1984-cü ildə “1915-ci il soyqırımı” na görə qisas alan erməni terrorçusu tərəfindən Bakı küçələrindən birində reys avtobusu partladırmışdı. 1988-ci ilin fevralında erməni-azərbaycanlı münaqişəsinin başlanmasından sonra reys avtobusu və qatarlardakı partlayışların sayı onlarla oldu. Dağlıq Qarabağı – Azərbaycanın ayrılamaz hissəsini-işğal etmək istəyən erməni separatçıları əsas üsul kimi terrora əl atdılar .Yerevandakı və Qarabağdakı erməni separatçılarının həyata keçirtdiyi 373 terror aktı nəticəsində əsasən Dağlıq Qarabağda avtobusların, qatarların, körpülərin partladılması baş verirdi. Azərbayçanın rəsmi qurumlarının göstəriçilərinə əsasən bu terror aktları nəticəsində ən az 1500 insan həlak olmuş, təxminən bir o qədər insan da şikəst qalmışdır. Artıq 1989-cu ildə fransız mətbuatı Cənubi Qafqaza Livandan küçə döyüşü təcrübəsinə malik peşəkar erməni terrorçularının kütləvi axınından xəbər verərək regionun gələcəyilə bağlı bədbin fikirlər söyləyirdi. SSRİ-in dağılması isə Ermənistan tərəfindən dövlət səviyyəsindəki terror siyasətinə də start vermiş oldu.
Əvvəlcə Bakı metrosu və sərnişin qatarlarında partlayış törətmək tapşırıgı ilə erməni xüsusi xidmət orqanlarının cəsusu Rusiya vətəndaşı İqor Xatkovski (bu faktlar sonradan həm Azərbaycan , həm də Rusiya məhkəmələri tərəfindən təsdiqləndi) Azərbaycana göndərildi,daha sonra isə eyni məqsədlə ləzgi separatçı qrupu olan “Sadval”ın üzvlərindən istifadə edildi.
Azərbaycanı ən çox narahat edən fakt isə odur ki,Ermənistan tərəfindən işgal edilmiş Daglıq Qarabag və ona bitişik rayonlar bu gün faktiki olaraq beynəlxalq terrorçuların nəzarəti altındadır.Mötəbər mənbələrin məlumatına əsasən ,burada terrorçuların yetişdirilməsi üçün düşərgə və bazalar mövcuddur.Azərbaycan prezidenti İlham Əliyevin daim xatırlatdığı bu faktın yaratdığı narahatlığı dünyanın bir çox ölkələri, o cümlədən ABŞ da paylaşır.
Indi qəti şəkildə söyləmək mümkün deyil ki, məhz nə–Azərbaycanın Qərb ölkələri, xüsusilə də ABŞ-la neft sahəsindəki əməkdaşlıgı,qərbyönlü xarici siyasət , yoxsa erməni terrorunun qanlı təcrübəsi—1998-ci ildə baş vermiş və yalnız indi mətbuata sızan hadisələrdə əsas rol oynamışdır.Lakin fakt faktlıgında qalır:Azərbaycan xüsusi xidmət orqanlarının qərbli ,ilk növbədə amerikalı həmkarları ilə əməkdaşlığı 11 sentyabr 2001-ci ildən çox əvvəl başlamışdı.Məlum səbəblərdən bütün dünya ,həmçinin Azərbaycan xüsusi xidmət orqanları öz fəaliyyətləri haqqında danışmağı xoşlamırlar.Və yalnız indi məlum olur ki, hələ 1998-ci ildə, ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinin partladılmasından sonra Azərbaycan xüsusi xidmət orqanları öz ərazilərindəki “Əl-Qaidə” şəbəkəsini aşkar edərək ABŞ-a təhvil vermişdilər. Mərhum prezident Heydər Əliyevin adına o dövrün prezidenti Bill Klinton və dövlət katibi Madlen Olbrayt tərəfindən bir neçə təşəkkür məktubu gəlmişdi. Lakin iki ölkə arasındakı razılığa əsasən bu barədə məxviliyi qorumaq lazım gəlirdi və yalnız 11 sentyabr 2001- ci ildən sonra informasiyalar öncə ABŞ, sonra isə Azərbaycan mətbuatına sızmış oldu.
Azərbaycanlı həmkarlarından alınan informasiyalar bir Sudan vətəndaşını Almaniyada ,bir Liviya vətəndaşını Hollandiyada,bir misirlini İnqiltərədə və digərini Birləşmiş Ərəb Əmirliklərində həbs etməyə imkan vermiş oldu. Üstəlik Azərbaycan tərəfindən öz ölkələrinə 9 Səudiyyə Ərəbistanı, iki sudanlı, bir əlcazairli və bir Gürcüstan vətəndaşı təhvil verildi.
Məlumdur ki Azərbaycanın hüquq-mühafizə orqanları öz ölkələrinin hökümətlərinə «Əl-Qaidə»- nin, həmçinin bu təşkilatın fəal tərəfdaşı olan «Qafqaz Islam Ordusu» və «Əl-Cəmaat Əl-İslamiyyə»- nin 7 üzvünü də təslim etmişdilər. Lakin faktı qeyd edən xüsusi xidmət orqanları bu barədə əlavə informasiya vermirlər. 11 sentyabr 2001 ildən sonra isə Azərbaycanda beynəlxalq terrorun maliyyələşdirilməsində şübhəli bilinən 6 xeyriyyə fondunun nümayəndəlikləri bağlanmışdır. Rəhbəri ABŞ-da istintaqa cəlb olunmuş Bennevolence International Foundation təşkilatı bunlardan biridir. Azərbaycanda «Əl-Hərameyn», «Beynəlxalq xeyriyyə cağırışı», «İslam irsinin intibahı» kimi təşkilatların yerli ofisləri bağlanmışdır. Onların 22 əməkdaşı Azərbaycandan çıxarılmış, 2 Misir vətəndaşı isə öz ölkəsinə təhvil verilmişdir.Artıq 2002-ci ildə Azərbaycan höküməti daha iki təşkilatın: Kuwait Fund for the Sick və Qatar Humanitarian Organization milli maraqlarımıza zidd fəaliyyətəni dayandırdı.
Xüsusi xidmət orqanlarının diqqətini sadəcə əcnəbi deyil, yerli vətəndaşlar da cəlb edir. 2 il ərzində Gürcüstandakı Pankisi dərəsindəki çeçen düşərqələrində təlim keçmiş 45 Azərbaycan vətəndaşı mühakimə olunmuşdur. Hələ 1999-cu ildə Bakıdakı ABŞ səfirliyini partlatmaq istəyən beynəlxalq terror təşkilatı «Ceyşullah»- ın 14 üzvü həbs olundu. 2001-ci ildə isə bu acı təcrübədən dərs almayan digər terror təşkilatı «Hizb-ut-Təhrir»- in 6 üzvü zərərsizləşdirilir. Müşahidəçilərin fikrincə, hər iki təşkilatın məqsədi gələcəkdə Azərbaycanda «şəriət rejimi» qurmaq idi.
1918-ci ildə Şərqdə ilk demokratik Respublikanın elan edildiyi Azərbaycanda islami əhval – ruhiyyə heç vaxt güclü olmayıb və seçkilərdə islamçıların qələbəsi kimi xarakterizə edilən «əlcəzair variantı»nın təkrarlanma ehtimalına təhlilçilər və politoloqlar ciddi əhəmiyyət vermirlər. Güclü «islam partiyası» yaratmaq cəhdi isə daim uğursuzluğa düçar olur: öncə Azərbaycan «İslam partiyası» İran kəşfiyyatının əlaltısına çevrildi, cinayət məsuliyyətinə cəlb olunma və məhkəmədən sonra isə istehza ilə”divan təşkilatı”adlanan guruma çevrildi.Azərbaycanda “divan təşkilatı”üzvləri bir divana siğişacag gədər az olan partiyalara deyilir.
19-20 yanvar 1990-cı ildə Bakıda Sovet Ordusunun həyata keçirtdiyi cəza aksiyası nəticəsində həlak olanlarin dəfn olunduğu Şəhidlər Xiyabanı Vaşingtondakı Arlington, Moskvadakı Naməlum Əsgər və ya Yerusəlimdəki Yad – Vaşem memorialı kimi müqəddəs məkan hesab olunur.Və hamımız yaxşı xatırlayırıq ki,Bakıya hücum üçün əsas bəhanə sovet xüsusi xidmət orqanları tərəfindən teleradio qülləsinin partladılması oldu.Moskva isə partlayışı mifik “islam terrorçuları “nın törətdiyini iddia edirdi.Lakin Bakıda terrorçu tapa bilməyən sovet hökuməti bu iddiasından vaz keçərək partlayışın günahını öz üzərinə götürməli oldu.1990-cı ilin qışından çox vaxt keçsə də Bakıda yaxşı bilirlər ki,hətta bir terror aktının sonucları belə fəlakətli ola bilər. Xüsusilə də kimsə terror aktindan müdaxilə üçün bəhanə kimi istifadə etmək istəyərsə.Bu cür qüvvələrin bir xeyli olduğunu isə Azərbaycana xatırlatmaq artıqdır.Axı harada böyük neft varsa ,orada böyük siyasət də mövcuddur. Üstəlik heç də bütün oyunçular qaydalara riayət etmək istəyində olmurlar.
Düşünmək olar ki,Azərbaycanın beynəlxalq terrorla mübarizə tarixinin təcrübəsini bu cür təhlil etmək səthi xarakter daşıyır.Lakin məhz bu “səthi” təhlil sübut edir ki,Azərbaycan üçün beynəlxalq terrorla mübarizə siyasi dəb və ya kənar təzyiqə boyun əymə deyil,şüurlu seçimdir.Və bəlkə də məhz buna görə terrorla mübarizə Azərbaycanda ciddi xarakter daşıyır və onun ugurlarını sadə gözlə belə görməmək mümkün deyil.