Ombudsman Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirib

Posted by

Ombudsman Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı təkliflərə münasibət bildiribOmbudsman Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirib

Ombudsman Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirib

Ombudsman Elmira Süleymanova Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesinə və böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirib.

 

APA-nın məlumatına görə, E. Sülleymanova deyib ki, əvvəllər bələdiyyələrin sayı 2500, birləşmə prosesindən sonra isə 1607 olub.

 

Birləşmə prosesini təqdir edən E. Süleymanova bildirib ki, çoxsaylı xırda bələdiyyələr praktiki olaraq azsaylı əhaliyə xidmət göstərməklə bağlı səmərəli iş apara bilməyiblər. Onun sözlərinə görə, bu bələdiyyələr icmaların problemini, maliyyə məsələlərini həll etməkdə çətinlik çəkiblər: “Burada söhbət tək maliyyədən getmir. Tez-tez eşidirik ki, gərək bələdiyyələrə dövlət tərəfindən daha çox dəstək verilsin. Əslində özünüidarəetmə bunu tələb etmir. Aktiv, səriştəli bələdiyyələr sübut etdi ki, əgər bələdiyyənin işi düzgün qurulursa, bələdiyyənin sədri kifayət qədər səriştəlidirsə, işi bacarırsa və icma çox tələbkardırsa, bələdiyyənin fəaliyyəti uğurlu olur. Xüsusən icma tələbkar olmalı, icmadan toplanan vəsaitlərlə bağlı bələdiyyələrdə şəffaflığın təmin edilməsinə çalışmalıdır”.

 

Böyük şəhər bələdiyyələrin yaradılmasının nə dərəcədə zəruri olub-olmadığı barədə sualı cavablandıran E. Süleymanova qeyd edib ki, bunu zaman göstərəcək: “Hər halda bütövlükdə bələdiyyə sistemi özünü doğruldandır. Məsələn, başqa ölkələrə, şəhərlərə baxsaq, belə qurumlar var. O bələdiyyələrdə də hər şey bələdiyyənin başında olan insanlardan və əhalinin aktivliyindən asılıdır. Şərt deyil ki, hər bir şəhərdə böyük şəhər bələdiyyəsi olsun. Amma olan yerdə, gərək səviyyəli olsunlar, bələdiyyənin vəzifələrini, qanunları yaxşı bilsinlər. Hər şeydən əvvəl insanlarla ünsiyyətdə olsunlar, hər bir kəs üçün əlçatan olsunlar, insanlar təkliflərini verə bilsinlər”.

 

 

Apa.az