Ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin siyahısı nazirliyin saytında yerləşdirilib

Posted by

Ünvanlı dövlət sosial yardımı almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilib.

Bu barədə APA-ya nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri bildirib ki, vətəndaşlar qeyd olunan saytın ön səhifəsindəki “ÜSY almaq üçün tələb olunan sənədlərin siyahısı” bölməsinə daxil olaraq, həmin siyahı ilə tanış ola bilərlər. Bu tədbir ünvanlı sosial yardımla təmin olunmaq üçün rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə hansı sənədlərlə müraciət edilməsi ilə bağlı vətəndaşların öncədən məlumatlı olmalarına, şəffaflığın təmin edilməsinə xidmət edir.

E.Babayev əlavə edib ki, bundan başqa rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində xüsusi məlumatlandırma lövhələrində də həm sənədlərin siyahısı, həm də hər bir rayon üzrə ünvanlı sosial yardım alanların siyahısı yerləşdirilib.

Qeyd edək ki, nazirliyin saytında müvafiq bölmədə ünvanlı dövlət sosial yardımı təyin olunmuş vətəndaşların siyahısı ilə də tanış olmaq mümkündür.

Apa.az