Ünvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıb

Posted by

Ünvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıbÜnvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıb

Ünvanlı sosial yardım alan ailələrin sayı 17,1 faiz azalıb

Respublikamızda əhalinin rifah halının yüksəldilməsi, habelə sosial yardımların təyinatında ünvanlılığın təminatı istiqamətində aparılan məqsədyönlü işlər, yardım üçün müraciət edənlərin və ailə üzvlərinin məşğulluğuna köməklik göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayının getdikcə azalmasına səbəb olur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin 01 oktyabr tarixinə ölkəmizdə 112092 ailəyə (491409 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz (23107 ailə) azdır. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə 129,82 manatdan 137,67 manata yüksəlib. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 33935-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 247879 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5709 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 4982 nəfər təşkil edir.

Xatırladaq ki, ötən ilin sonlarından etibarən ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib.

Hazırda ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq işlər aparılır.

 

Trend.az