İnternetin inkişafı üzrə Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

Posted by

İnternetin inkişafı üzrə Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

Azərbaycan hökumətinin respublikanın internet şəbəkəsinə yüksəksürətli çıxışının təmin olunması Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən yüksək qiymətləndirilib. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı xəbərdə deyilir.

Bunu ITU-nun baş katibi Xamadun Ture yanvarın 24-də Davosda Dünya İqtisadi Forumu (DİF) çərçivəsində qurumun “Genişzolaqlı internet və davamlı inkişaf” mövzusunda keçirilən növbədənkənar iclasında deyib.

İclas Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilib.

İclas çərçivəsində genişzolaqlı internet sahəsində cari problemlər, onların həlli yolları, genişzolaqlı internetin həyat fəaliyyətinin sosial sahəsinə təsiri, genişzolaqlı internetin inkişafının gələcəkdə maliyyələşdirilməsi məsələləri müzakirə edilib.

Məlumatda qeyd edilir ki, nazir Azərbaycanda internetə genişzolaqlı çıxışın genişləndirilməsi üzrə görülən işlərdən danışıb, bu sahədə komissiya çərçivəsində təcrübə mübadiləsi üzrə müzakirələrin keçirilməsinə hazırlığı ifadə edib.

 

Trend.az