İnsan hüquqları XXI əsr-Azərbaycan fondunun prezidenti Şahin Camalovun ANS Şirkətlər qrupunun rəhbərliyinə və Milli Televiziya və radio Şurasına MÜRACİƏTİ

Posted by

İnsan hüquqları XXI əsr-Azərbaycan fondunun prezidenti  Şahin Camalovun ANS Şirkətlər qrupunun rəhbərliyinə və Milli Televiziya və radio Şurasına   MÜRACİƏTİ

İnsan hüquqları XXI əsr-Azərbaycan fondunun prezidenti

Şahin Camalovun

ANS Şirkətlər qrupunun rəhbərliyinə və

Milli Televiziya və radio Şurasına

MÜRACİƏTİ

İnsan hüquqları XXI əsr-Azərbaycan fondunun prezidenti  Şahin Camalovun ANS Şirkətlər qrupunun rəhbərliyinə və Milli Televiziya və radio Şurasına   MÜRACİƏTİ

ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən «Qafqaz top 20» musiqili verilişində erməni müğənnilərinin mahnılarının səsləndirilməsi və ANS rəhbərinin müşaviri Mais Məmmədovun bu hərəkətə bəraətverici bəyanat verməsi xəbəri vətəndaş cəmiyyəti olaraq bizləri dərindən narahat etməkdədir.

Ermənistanın Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğalda saxladığı, Xocalı, Qaradağlı və digər bu kimi tarixə qanlı hərflərlə yazılmış soyqırımlara görə cavab vermədiyi müddətcə nəinki erməni mahnılarını dinləmək, efirdən yaymaq və bunu normal hal kimi qiymət verən bəyanatlarla çıxış etmək ən azı şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndirilməlidir. Qeyd etmək istərdim ki, məkrli erməni siyasəti nəticəsində milli musiqimizdən mətbəximizə kimi, tarixi abidələrimizdən tutmuş mədəniyyətimizin bir çox sahələrinin erməniləşdirilməsi siyasətinin getdiyi bir dövrdə bu cür hərəkətlər yolverilməzdir və əleyhimizə işləməkdədir.

Milli qəhrəmanımızın adını daşıyan, onun qanı bahasına ərsəyə gəlmiş və bu gun Azərbaycanda və xaricdə dinlənilən və rəğbətlə qarşılanan ANS ÇM-in bu addımı atması isə heç cür başa düşülən deyildir.

Vətəndaş cəmiyyətini təmsil edən bir qurumun rəhbəri olaraq ANS ÇM radiosunda gedən bu tarixi köklərə söykənməyən və hər daim xalqımıza qarşı nifrət hissi ilə yaşayan bir millətin müğənnilərinin mahnılarını xalqa sırımaq istəyinə son verilməsini ANS şirkətlər qrupunun rəhbərliyindən tələb etməklə yanaşı Milli Televiziya və radio Şurasını səlahiyyətlərindən istifadə edərək xalqın hissiyatı ilə oynamaq cəhdlərinin qarşısını almağa çağırıram.

Digər tərəfdən arzu edərdik ki, erməni müğənnilərinin təbliğatındansa, şirkət rəhbərliyi üstünlüyü Azərbaycan Respublikasının dövlət siyasətinə uygun olaraq erməni dilində verilişlər açmaqla milli marağların təbliğinə versin.

Ümid edirəm, ANS Şirkətlər qrupunun rəhbərliyi tərəfindən tezliklə bu kimi addımlar, o cümlədən qurumun əməkdaşlarının məsuliyyətsiz bəyanatlarla çıxış etməsinin qarşısı alınacaqdır.

02.05.2014