“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilmişdir Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdə iştirak etmişdir

Posted by

“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilmişdir Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdə iştirak etmişdir

“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilmişdir

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdə iştirak etmişdir

“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilmişdir Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdə iştirak etmişdir

Fevralın 14-də “Üns” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görüşdə iştirak etmişlər.

AzərTAc xəbər verir ki, görüş milyonlarla kinosevərin məhəbbətini qazanmış Klaudiya Kardinalenin məşhur filmlərdə yaratdığı rollardan fraqmentlərin nümayişi ilə başlamışdır.

Kinorejissor Ayaz Salayev aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat vermişdir. Görüş Klaudia Kardinale ilə müsahibə formasında davam etmişdir.

Aktrisa 1938-ci ildə Tunisdə anadan olmuşdur. 1957-ci ildə Klaudia Kardinale ölkənin ən gözəl qadını seçilmiş və Venesiya kinofestivalına dəvət almışdır. O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa etmişdir. Daha sonralar isə aktrisanın İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirmişdir. Lakin K.Kardinale bununla kifayətlənməmiş və çəkildiyi “Çəhrayı pantera” filmi ilə Hollivudu da fəth etmişdir.

Gecədə aktrisanın ən çox sevdiyi mahnılar ifa edilmişdir. Sonra aktrisa tamaşaçıları maraqlandıran sualları cavablandırmışdır.

ÜNS-ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva Klaudia Kardinaleyə görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirmiş, onun tamaşaçıların ürəyində xüsusi yer tutduğunu qeyd etmişdir.

 

AzərTac.az