Novruz Məmmədov: ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün konkret addımlar ata bilmir

Posted by

Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır: “Azərbaycan işğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub”.

PA rəsmisi qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırıb. Azərbaycanın, eləcə də regionun inkişafında əsas maneə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Münaqişənin həllinin hüquqi əsasları BMT-nin nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində göstərilib. Bunlar beynəlxalq hüquqi norma daxilindədir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir”.

Trend.az