Nizami Kino Mərkəzində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bir qrup üzvünə pulsuz film nümayiş olundu

Posted by

Nizami Kino Mərkəzində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bir qrup üzvünə pulsuz film nümayiş olunduNizami Kino Mərkəzində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bir qrup üzvünə pulsuz film nümayiş olundu

Nizami Kino Mərkəzində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bir qrup üzvünə pulsuz film nümayiş olundu

Oktyabrın 21 –də Nizami Kino Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin müraciətini nəzərə alaraq bir qrup gəncə “Mahmud və Məryəm” milli filminin pulsuz nümayişini keçirib.

Mərkəzin koordinatoru Xuraman Əhmədova Sağlamlıq Mərkəzinin direktoru Rəhilə Həsrətova və gənclərin adından kinomərkəzin əməkdaşlarına təşəkkürlərini bildirib və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu edib.

Bu sırada kinomərkəzin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını bildiriblər.

 

Trend.az