Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi əlavə olunub

Posted by

Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi əlavə olunub

Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi əlavə olunub

Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi əlavə olunub

Niderlandda diaspor təşkilatları sırasına daha ikisi əlavə olunub. Benelüks Azərbaycanlıları Konqresindən (BAK) Trend-ə verilən məlumata görə, yeni diaspor təşkilatları – Brabant Əyaləti Azərbaycanlılarının Məclisi və Şimali Hollandiya Azərbaycanlılarının İttifaqıdır.

Qeyd edək ki, hər iki təşkilat BAK – a, Beneluks Azərbaycanlıları Konqresinə bağlı fəaliyyət göstərəcək.

13 aprel 2014 – cü ildə Niderlandın böyük şəhərlərindən birində, Rotterdamda BAK – ın təşkilatçılığı ilə yeni yaradılmış təşkilatların təqdimat mərasimi olub. Mərasimin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himinin oxunması ilə başlanıb.

Bundan sonra tədbirin aparıcısı Disaporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubunu oxuyub. Daha sonra söz ardıcıllıqla yeni yaradılmış təşkilatların sədrlərinə, Brabant Əyaləti Azərbaycanlılarının Məclisinin sədri Ofeliya Babayevaya və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya verildi. Onlar da öz növbəsində təşkilatlarının yaranma səbəblərindən danışıb, gələcək planlarından söhbət açıblar. Hər iki təşkilat sədri zala toplaşanları təşkilatlarının idarə heyətinin üzvləri ilə tanış edib.

Sima xanım rəhbərlik etdiyi təşkilatın 2013 – cü ildə yaradıldığını qeyd edərək bu günə qədər gördükləri işlərdən söhbət açdı. O, yerli təşkilatlarla əməkdaşlıq etməyə üstünlük verdiyini qeyd edərək, “Repub,” “Stem van de stad,” “Pletterij debat en cultuur” kimi təşkilatlarla əməkdaşlıqlarını misal olaraq göstərib. “Amsterdamda “Ana dili” həftə sonu məktəbinin açılması da gələcək planlarımıza daxildir. Bu yaxınlarda bununla bağlı BAK -a müraciət edəcəyik”, – deyə Sima xanım çıxışını bitirdi.

Daha sonra çıxış üçün söz BAK – ın sədri Sahil Qasımova verilib. Sahil Qasımov gələn qonaqları salamladıqdan sonra BAK-a daxil olan təşkilatlar, yeni təşkilatların yaranma zərurətindən söhbət açıb. “Bizim məqsədimiz Beniluks ölkələrində ölkəmizi layiqincə təmsil etməkdir. İllərdir bu yöndə fəaliyyət göstərir və bundan sonra da göstərəcəyik. Təbii ki, bir neçə dəqiqəlik çıxışa bütün gördüyümüz və görəcəyimiz işlərdən danışmaq mümkün deyil. Ancaq düşünürəm ki, danışmaqdansa real iş görmək daha yaxşıdır” – deyə cənab Qasımov sözünü bitirib.

Çıxış üçün tribunaya qalxan BAK vitse – prezidenti Elsevər Məmmədov da gələn qonaqları salamlayaraq, öz istirahət günlərində onlarla bir olduqları üçün hər kəsə təşəkkür etdi.

Daha sonra təbrik üçün söz HTF – nin, Hollandiya Türk Federasiyasının Genəl başqanı Murat Gedikə verilib. “Hollandiya Türk Federasiyasının qapıları sizlər üçün hər zaman açıqdır. Mən çox şadam ki, indi biz Azərbaycanın bayrağı altında fəaliyyət göstərəcək təşkilatların açılış mərasimlərində iştirak edirik. Bizlər üçün Türkiyənin ay-ulduzlu al bayrağı nə qədər dəyərlidirsə, Azərbaycanın da ay-ulduzlu üçrəngli bayrağı o qədər qiymətlidir” – deyə Murat bəy əlavə etdi.

Daha sonra Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin birinci katibi Elxan Ələsgərov, Qazaxıstan və digər diaspor təşkilatlarının nümayəndələri çıxış edərək öz təbriklərini çatdırıbar.

Tədbirdə “Hollandiyada Azərbaycan Evi” təşkilatının sədri Elxan Həşimov və Azərbaycanı təmsil edən digər təşkilat və rəhbərləri iştirak ediblər. Tədbirin aparıcısı BAK idarə heyətinin üzvü Xatirə Abdullazadə olub.

Rəsmi hissənin sonunda BAK – sədri BAK tərəfindən təltif olunmuş üzvlərinə diplom və mükafatları təqdim edib.

 

Trend.az