Üçüncü Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq işləri müzakirə edilib

Posted by

Üçüncü Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq işləri müzakirə edilib

Üçüncü Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq işləri müzakirə edilib

 

 

Üçüncü Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq işləri müzakirə edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri – Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Serbiyanın sabiq Prezidenti Boris Tadiçin görüşü olub.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə, 2014-cü ildə həyata keçirilmiş layihələrə dair fikir mübadiləsi aparılıb. Əsas diqqət isə 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görülən işlərə və keçirilən görüşlərə ayrılıb. Bu məqsədlə 2015-ci ilin fevral ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçiriləcək “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans geniş müzakirə olunub. Konfransda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçılarının iştirakı planlaşdırılır.

 

Görüşdə, həmçinin Serbiya və Balkanlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması, mədəniyyətimizin təbliği, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və ümumiyyətlə, bölgədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Qeyd edək ki, Boris Tadiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycana səfərə gəlib.

 

AzərTac.az