Nazirlər Kabinetində Azərbaycan-Albaniya əlaqələri müzakirə edilib

Posted by

Nazirlər Kabinetində Azərbaycan-Albaniya əlaqələri müzakirə edilibNazirlər Kabinetində Azərbaycan-Albaniya əlaqələri müzakirə edilib

Nazirlər Kabinetində Azərbaycan-Albaniya əlaqələri müzakirə edilib

Oktyabrın 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Albaniya Respublikası parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib və bu sahədə münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Danışıqlar zamanı iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi önə çəkilib, ticarət dövriyyəsinin artırılması üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd olunub. Görüşdə Albaniyaya sərmayə yatırımları, iqtisadi əlaqələrin genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Albaniya parlamentinin sədrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verilib.

 

AzərTac.az