Nazirlik nömrələrin daşınmasına start verdi

Posted by

Nazirlik nömrələrin daşınmasına start verdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanvarın sonunadək mobil rabitə şəbəkələrində nömrələrin köçürülməsi xidməti sistemini (MNP) istismara verəcək.

 

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yeni xidmət vasitəsilə mobil rabitə operatoru dəyişildikdə istifadə edilən on rəqəmli (050 XXX XX XX) nömrə dəyişilməyəcək və gələn zənglər seçilən mobil rabitə operatorunun şəbəkəsinə yönləndiriləcək. Xidmət “Azerfon”, “Bakcell” və “Azercell Telekom” mobil rabitə operatorları ilə RİTN arasında imzalanmış müqavilə əsasında göstəriləcək.

 

Qaydalara əsasən, mobil telefon nömrəsinin bir operator şəbəkəsindən digər şəbəkəyə daşınması istifadəçinin müraciəti əsasında 5 gün müddətində həyata keçiriləcək. Daşınmış nömrənin digər şəbəkəyə yenidən köçürülməsi, sonuncu nömrə daşınması tarixindən 3 ay müddət keçdikdən sonra yerinə yetirilə bilər.