Nazirlik: “2013-cü ildə hər 5 müəssisədən birində atılan tullantılar icazə verilən həddən artıq olub”

Posted by

Nazirlik: “2013-cü ildə hər 5 müəssisədən birində atılan tullantılar icazə verilən həddən artıq olub”

Ətraf mühitin mühafizəsi, ölkə vətəndaşlarının təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi, təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi, ekoloji problemlərin aradan qaldırılması istiqamətindəki işlər ötən ildə də davam etdirilib.

 

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

 

Nazir qeyd edib ki, 2014-cü ilin əvvəlində flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 yasaqlıq mövcuddur.

 

Ekologiya və Təbii sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2013-cü ildə 1879 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər 4 müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş hər beş müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

 

Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə, ötən il inzibati məsuliyyətə cəlb olunmuş 842 nəfər vəzifəli şəxs və vətəndaşdan 1344,6 min manat məbləğində cərimə tutulub.

 

Milli.Az