Naxçıvanda dövlət qulluqçularının reyestrinin elektron formada aparılması qaydaları ilə bağlı seminar

Posted by

Naxçıvanda dövlət qulluqçularının reyestrinin elektron formada aparılması qaydaları ilə bağlı seminar

Naxçıvanda dövlət qulluqçularının reyestrinin elektron formada aparılması qaydaları ilə bağlı seminar

 

 

Naxçıvanda dövlət qulluqçularının reyestrinin elektron formada aparılması qaydaları ilə bağlı seminar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada “Dövlət qulluqçularının reyestrinin elektron formada aparılması qaydaları” mövzusunda seminar keçirilib.

 

AzərTAc xəbər verir ki, tədbir də mərkəzi, yerli icra hakimiyyətləri və məhkəmə orqanlarının kadrlarla iş üzrə nümayəndələri iştirak ediblər.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Etibar Musayev bildirib ki, müasirləşən və qloballaşan dünyada yeni texnologiyalardan istifadənin sürətlə yayılması bu texnologiyaların dövlət idarəçiliyi sistemində də geniş tətbiqini zəruri edib. Ölkəmizdə, o cümlədən muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin, qəbul edilən dövlət proqramlarının məqsədi dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, dövlət orqanlarının işində operativliyi, şəffaflığı və obyektivliyi tam təmin etməkdir.

 

Qeyd olunub ki, 2010-cu ilin noyabr ayında fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün yaradılan iş şəraiti ən müasir tələblərə cavab verməklə yanaşı, yeni informasiya texnologiyalarından istifadə imkanları ilə də seçilir. Hazırda komissiyanın internet saytında digər xidmətlərlə bərabər, “Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi” elektron xidməti də göstərilir.

 

Komissiyanın sektor müdiri Arzuman İmanov bildirib ki, “Azərbaycan Respublikasının dövlət qulluqçuları reyestrinin aparılması qaydaları” dövlətimizin başçısının 2006-cı il 21 iyun tarixli Fərmanı ilə təsdiq edilib. Bu qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanıb. Dövlət reyestrinin yaradılmasının məqsədi dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluğa yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər problemlərin həllində bu məlumatlardan istifadə etmək, həmçinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilən qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir.

 

Tədbirdə mövzu ilə bağlı slaydlar nümayiş etdirilib, iştirakçılara elektron sistemdən istifadə üçün istifadəçi adı və şifrə yazılmış bağlı zərflər təqdim olunub.

 

AzərTac.az